Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatları gücləndirilmiş iş rejiminə keçib
Bakı, 16 aprel, AZƏRTAC
Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqəladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Mobil briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib.