Azərbaycan Basketbol Liqası: Turun son oyununda “Xırdalan” qalib gəlib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun “NTD-İndiqo” - “Xırdalan” komandaları arasında keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində reallaşan görüş paytaxt təmsilçisinin 84:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun daha əvvəl keçirilən oyunlarında “Neftçi” “Sabah”a 101:87, “Xəzri” “Şəki”yə 94:85, “Sumqayıt” “Cəlilabad”a 109:99 və “Sərhədçi” “Gəncə”yə 79:72 hesabları ilə qalib gəlib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 26 xalla “Xəzri” başçılıq edir. “Sabah” 25 xalla 2-ci, “NTD-İndiqo” 24 xalla 3-cü, eyni xala malik “Neftçi” isə dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]