Azərbaycan basketbol millisinin heyətində dəyişiklik edilib
Bakı, 24 fevral, AZƏRTAC
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 2027-ci il dünya çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyununda heyətdə yer alan Zak Leday Kosovo ilə qarşılaşmada iştirak etməyəcək. Onu Fransanın “Monako” komandasında çıxış edən Dante Holl əvəzləyəcək.
Serbiyanın “Partizan” klubunun formasını geyinən Zak Leday İsveçrə ilə matçda 22 xal və 6 ribaundla yadda qalıb.
Hər iki basketbolçu bu ilin yayında milli komandaya cəlb olunub.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələnin ilk oyununda səfərdə İsveçrəyə 53:72 hesabı ilə məğlub olub. Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma fevralın 25-də doğma meydanda Kosovo ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]