Azərbaycan bazarında fəaliyyət göstərən türk brendlərinin hazırkı durumu müzakirə olunub
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və “İstanbul Hazır Giyim ve Konfeksiyon İhracatçıları Birliği”nin (İHKİB) rəhbərlikləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AFRA İdarə Heyətinin sədri Fərid Novruzi və İHKİB İdarə Heyəti sədrinin müavini Mustafa Paşahan arasında keçirilən görüşün əsas mövzusu - Azərbaycan bazarında fəaliyyət göstərən xarici brendlərin, xüsusən də türk brendlərinin hazırkı durumu, qarşılaşdığı problemlər və onların həlli yolları olub.
Mustafa Paşahan mövcud problemlərin aradan qaldırılması üçün təşkilat çərçivəsində müvafiq işlərin görüləcəyi, Azərbaycan və Türkiyə hökumətlərarası əlaqələr səviyyəsində sahibkarların problemlərini səsləndirəcəyinə söz verib.
Görüşdə AFRA və İHKİB arasında bundan sonra daha sıx əlaqələrin qurulması barədə razılıq əldə olunub.