Azərbaycan Beynəlxalq Bankı pensiya kartı sahibləri üçün yeni “Pensiya+ ” proqramını təqdim edir
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankında (ABB) xidmət göstərilən bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılmışdır. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.
AZƏRTAC xəbər verir ki, pensiyaçı ona ayrılmış bu limiti bankomatlarda nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcəkdir.
Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız Dövlət Sosial Müdafiə Fonduna məxsus olan kartlar) avtomatik şəkildə layihəyə qoşulur.
Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır: ARAZ supermarketlər şəbəkəsi, Makro Market supermarketlər şəbəkəsi, Riyadfarm apteklər şəbəkəsi.
Ticarət subyektlərinin sayı davamlı şəkildə artırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]