AZƏRBAYCAN BOKSÇULARI BEYNƏLXALQ TURNİRDƏ 11 MEDAL ƏLDƏ ETMİŞLƏR
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan yığma komandası Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşları şərəfinə təşkil edilmiş boks üzrə turnirdə 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışdır.
Qızıl medalları Elvin Məmişzadə (48 kq), Elvin İsayev (54 kq), Hacəli Heybətullayev (60 kq) və Fərid Paşayev (91kiloqramdan yuxarı) əldə etmişlər. Turnirin gümüş mükafatçıları finalda E.Məmişzadəyə məğlub olmuş Araz İmaməliyev (48 kq), Tamerlan Abdullayev (64 kq) və Emil Əhmədov (69 kq) olmuşlar. Bürünc mükafatlara Elnur Zeynalov (51 kq), Murad Ağamalıyev (69 kq), Toğrul Dəmirov (75 kq) və Teymur Məmmədov (81 kq) layiq görülmüşlər.
Milli Boks Federasiyasının baş katibi İsa Əsgərovun bildirdiyinə görə, ümumkomanda hesabında Azərbaycan yığması ikinci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]