ELM VƏ TƏHSİL
“Azərbaycan Botanika Jurnalı” Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil edilib
![“Azərbaycan Botanika Jurnalı” Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil edilib](/files/2023/3/1200x630/16983232422278523884_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi tərəfindən nəşr olunan “Azərbaycan Botanika Jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Jurnalın baş redaktoru Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevadır.
Biologiyanın botanika, geobotanika, floristika, sistematika, taksonomiya, alqologiya, lixenobriologiya, mikologiya, fitosenologiya, etnobotanika, introduksiya, bitki fiziologiyası, bioloji ehtiyatlar, dərman və aromatik bitkilər, fitoterapiya, farmakoqnoziya, bioloji fəal maddələrin alinması və genetika da daxil olmaqla bütün sahələrində aparılan tədqiqatları əhatə edən jurnal ildə iki dəfə nəşr olunur və məqalələr üç dildə dərc edir.