Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağıdır

Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağıdır

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycanda böyrək xəstəliyi geniş yayılmış xəstəliklər sırasındadır. Bu xəstəliyin müalicəsində müasir müalicə üsulları ilə yanaşı, xalq təbabəti ilə müalicə yolunu seçən həkimlər də var. Bəs insanlar hansı müalicə üsuluna üz tutmalıdırlar? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən əməkdar həkim, Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayev aydınlıq gətirib.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir:

-Statistik məlumatlara görə, hazırda dünya əhalisinin 10 faizində böyrəklərin xroniki xəstəliyi var və təqribən bu qədər insan da risk qrupuna aiddir. Amerika Birləşmiş Ştatları əhalisinin 20 yaşdan yuxarı 14,6 faizində də böyrəklərin xroniki xəstəliyi var və hər milyon nəfərdən 1650-si hemodializ müalicəsi alır. Azərbaycanda isə hər milyon nəfərdən 300-ü böyrək xəstəsi olmaqla 3 minə yaxın pasient hemodializ müalicəsi qəbul edir.

-Böyrək çatışmazlığını yaradan başlıca səbəblər nədir?

-Soyuqdəymələr, insanın immun sisteminin zəifləməsi, şəkərli diabet, arterial hipertenziya, piylənmə kimi problemlər bu xəstəliyin yaranmasına təkan verən əsas amillərdir. Ona görə də insanlar çox diqqətli olmalı və bu kimi problemlə üz-üzə qalmamaq üçün özlərinə düzgün nəzarət etməlidirlər.

-Bu xəstəliyə ən çox hansı yaş qrupunda rast gəlinir?

-Böyrək xəstəlikləri ən çox həyatın 20-50 yaşlarda müşahidə edilir. Qadınlarda sidik yollarının iltihabi xəstəlikləri, piylənmə, kişilərdə arterial hipertenziya nəticəsində böyrəklər daha çox zədələnirlər.

-Bəs böyrəkdaşı xəstəliyini yaradan başlıca səbəblər nədir və bununla necə mübarizə aparılmalıdır?

-Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağı sayılan ölkələr qrupuna aid edilir. Bunun səbəbi tam aydın olmasa da, isti iqlim, içməli suyun tərkibi və milli mətbəxin rolu qeyd edilir. Allah xalqımıza çox xeyirli, möcüzəvi mineral sular bəxş edib. Bunlardan “Qalaaltı”, “Badamlı”, “Sirab” və digərlərini göstərmək lazımdır. Bu mədən sularının lazımi miqdarda qəbulu böyrəkdaşı xəstəliyinin profilaktikası deməkdir. Böyrək daşının tərkibinə uyğun olaraq müvafiq pəhrizin saxlanması da vacib şərtlərdəndir.

-Bu problemi aradan qaldırmaq üçün əməliyyat vacibdirmi, ya müalicə yolu ilə bunun öhdəsindən gəlmək olar?

- Hələ 90 il əvvəl akademik Mirəsədulla Mirqasımovun və 60 il əvvəl akademik Mirməmməd Cavadzadənin tədqiqatları göstərmişdir ki, diametri 0,8 millimetrdən az olan daşların sidik yollarından müalicədən sonra və ya müstəqil şəkildə xaric olması mümkündür. Bu ölçüdən böyük olan daşlar həkimlərin köməyi ilə endoskopik, yaxud əməliyyat yolu ilə xaric olunur.

-Bu gün bir çox insanları düşündürən suallardan biri də hər iki böyrəyin çıxarılmasından sonra onların əvvəlki həyat tərzinin yenidən eyni qaydada davam edib-etməməsi ilə bağlıdır. Sizin bu haqda fikirləriniz önəmlidir, hər iki böyrəyin çıxarılması insanların həyatı üçün təhlükəlidirmi?

-Yaradan bizə bütün orqanlar kimi, böyrəkləri də dördqat ehtiyatla verib. Bu o deməkdir ki, bir böyrəyin çıxarılması həyat üçün heç bir təhlükə yaratmır. Bədəndə qalan tək böyrəyin də yarısı kəsilib götürüldükdən sonra insan yenə normal yaşaya bilər. Son zamanlar müəyyən xəstəliklərdən sonra hər iki böyrəyi çıxarılmış xəstələrimiz də olur. Onların həyatı süni böyrək cihazının köməyi ilə (hemodializ) saxlanılır və imkan olan kimi böyrək transplantasiya olunur. Bundan sonra da onlar tam normal bir həyat yaşayırlar.

-Böyrək transplantasiyasından danışdınız, bu gün Azərbaycandakı mövcud vəziyyət necədir?

-Öncə onu qeyd edim ki, Azərbaycanda ilk böyrək transplantasiyasına 1971-ci ildə akademik M.Cavadzadənin rəhbərliyi ilə başlanılıb. Bu əməliyyatlarda ilk iştirak edənlərdən biri də mən olmuşam. Yadımda qalan maraqlı bir prosesi sizlə bölüşmək istəyirəm. O zaman avtomobil qəzasında həyatını itirən bir nəfərin böyrəyini sağlam insana köçürdük. Həmin insan 10 ildən çox yaşadı. Amma bu gün təəssüflər olsun ki, belə hallara ölkəmizdə çox az-az rast gəlinir. Həyatını itirmiş insanın böyrəyini sağlam birinə köçürmək istədiyimizi bildirəndə, ölü yaxınları buna çox sərt şəkildə reaksiya verirlər. Ona görə də mən düşünürəm ki, ölkəmizdə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.

Son illər isə Azərbaycanda böyrək transplantasiyası inkişaf edib. M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanada, Mərkəzi Neftçilər Xəstəxanasında və ATU-nun Tədris Cərrahiyə Klinikasında böyrək transplantasiyası geniş şəkildə həyata keçirilir. Təkcə 2015-ci il ərzində Azərbaycanda 130-dan çox böyrək transplantasiyası əməliyyatı yerinə yetirilib.

-Bəzi insanlar xalq təbabəti ilə bir çox xəstəliklərin, eləcə də böyrək xəstəliyində bəzi problemləri aradan qaldıra biləcəkləri düşüncəsindədirlər. Siz necə düşünürsünüz, xalq təbabətinin böyrək xəstəliklərinin müalicəsində nə kimi əhəmiyyəti var?

-Xalq təbabətində istifadə olunan vasitələrin, xüsusən də fitoterapiyanın böyrək xəstəlikləri zamanı, ilk növbədə böyrəkdaşı diatezlərində və xəstəliyində, böyrək və sidik yollarının iltihabi xəstəliklərində tətbiqi çox yaxşı nəticələr verir. Ən əsası da odur ki, şəfalı bitkiləri uşaqlara, hamilə qadınlara, qocalara da vermək olur. Ancaq düzgün göstərişə görə istıfadə edilmədikdə dərman bitkilərinin də bəzən xəstələrə ziyanı ola bılər. Odur ki, bütün istifadə olunan fitoterapevtik tədbirlər həkim nəzarəti altında aparılmalıdır.

-Maye qəbulunun böyrək xəstəliyinin müalicəsində nə kimi rolu var?

- Gün ərzində sağlam insan 1600-2000 ml su içməlidir. Ancaq bəzi böyrək xəstəliklərində ehtiyac olduqda həkimin göstərişi ilə bu miqdar azaldıla və ya artırıla bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək