İQTİSADİYYAT
Azərbaycan bu il hasil etdiyi qazın 50 faizini ixrac edib
Bakı, 12 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında neft-kondensat hasilatı 4,8 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,9 milyon ton olub.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
O bildirib ki, bu dövrdə 240 milyon kubmetr artımla hasil edilmiş 8,2 milyard kubmetr qazın 4,1 milyard kubmetri ixrac olunub.
“Bu ilin yanvar - fevral aylarında Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:29]
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
- 11.05.2024 [11:35]
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
- 11.05.2024 [10:53]
Azərbaycan nefti ucuzlaşıb
- 11.05.2024 [10:24]