Azərbaycan çaylarının sululuq səviyyəsi açıqlanmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 125-205, Kiçik Qafqaz çaylarında 135-145, Lənkəran-Astara bölgəsi çaylarında 65-95, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 157 kubmetr/saniyə olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 69 kubmetr/saniyə olmaqla, ongünlük normanın 90 faizini təşkil edir.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 621, Şirvanda 516, Bankədə 339, Araz çayının Novruzlu məntəqəsində isə 342 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]