Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzində yer alıb

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzində yer alıb

Bakı, 6 may, Rabil Kətanov, AZƏRTAC

2015-ci ilin mayında Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi Ticarət və Xarici İşlər Nazirlikləri ilə birlikdə “Gələcəyə baxış: “İpək Yolu iqtisadi kəmər” və XXI əsir “Dəniz İpək Yolunun” yaradılması istiqamətləri” adlı hesabat hazırlayaraq hökumətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, sənəddə bir sıra məsələlərlə yanaşı Çinin zəif inkişaf edən regionlarında ixracyönümlü istehsalın artırılması və nəqliyyat infrastrukturunun yenilənməsi nəzərdə tutulub. Sənəddən aydın olur ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü uzaq perspektivə hesablanıb və 40 ildən sonra başa çatdırılması planlaşdırılıb.

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində 2017-ci ildə Pekində “Kəmər və yol” mövzusunda beynəlxalq forum keçirilib. Forumda BMT-nin Baş katibi Antoniu Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Dünya Bankının əlaqələndirici prezidenti Jim Yong Kim, 25 dövlət başçısı, 130 dövlətin rəsmisi və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. “Bir kəmər, bir yol” layihəsi Çin rəhbəri Si Cinpin tərəfindən 2013-cü ilə elan edilsə də bu forumdan sonra layihənin qlobal xarakter daşıması özünü göstərdi.

Forumda aydın oldu ki, “Bir kəmər, bir yol” Çini Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Avropa ilə birləşdirərək transkontinental mahiyyətə malik iqtisadi marşrut olacaq. Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir. Bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini istehsal edirlər. Təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi üçün ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək Yolu Fondu” yaradıldı.

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Çin və müasir Asiya İnstitutunun rəhbəri Pavel Troşinski bildirir ki, “Bir kəmər, bir yol” təşəbbüsünün uğuru ondan ibarətdir ki, bu layihədə bütün iştirakçıların maraqları nəzərə alınır. Bu layihə iştirakçılar üçün yalnız iqtisadi dividendlər vəd edir.

Dünya Bankının təşəbbüsə dair hazırladığı hesabatda deyilir ki, əgər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən nəqliyyat layihələri tam olaraq reallaşsa, ümumdünya ticarət dövriyyəsinin həcmi 6,2 faiz yüksələr ki, bu da öz növbəsində gəlirlərin 2,9 faizə qədər artmasına səbəb olacaq. Dövriyyənin və gəlirlərin artması isə iştirakçı ölkələrdə yoxsulluğun aradan qalxmasına, yeni iş yerlərinin açılmasına və sərmayələrin səmərəliliyinə imkanlar yaradacaq.

Azərbaycan özünün nəqliyyat infrastrukturu və tranzit imkanları ilə qlobal əhəmiyyətə malik bu layihənin mərkəzində yer alıb. Rəsmi Bakı “Bir kəmər, bir yol” təşəbbüsünə Prezident İlham Əliyevin irəli sürdüyü Orta və Zəngəzur dəhlizləri layihələri ilə qatılıb. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Ticarət Limanları artıq Çindən Avropaya yük daşımalarında iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, 2024-cü ildə Orta Dəhlizlə 4,1 milyon ton yük daşınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamasına görə, 2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımaların həcmi 10 milyon tona çatacaq.

Prezident İlham Əliyevin aprelin 4-də Çinə dövlət səfəri zamanı iki dövlət arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının və Beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması da təsadüfi xarakter daşımır. Çin öz təşəbbüsünü reallaşdırmaqda Azərbaycana, Orta Dəhlizə və gələcəkdə fəaliyyətə başlayacaq Zəngəzur dəhlizinə ehtiyacının olacağını bilir.

Orta Dəhlizin potensialını daha aydın göstərmək üçün Avropa ilə Çin arasındakı ticarətin həcminə nəzər yetirmək lazımdır. Avropa Statistika Komitəsinin (Eurostat) məlumatına əsasən, Çin ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 857,8, 2023-cü ildə 737,9 milyard dollar olub. Hər il Çindən Avropaya göndərilən 10 milyon konteynerin 4 faizi dəmir yolu, 96 faizi isə dəniz ilə göndərilir. Dəniz yolu ilə yükdaşıma isə getdikcə çətinləşir və təhlükəli olur.

Çinin Baş Gömrük İdarəsinin paylaşdığı məlumata görə, ötən il Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 0,4 faiz artaraq 785,82 milyard dollara çatıb. 2023-cü ildə keçirilən ikinci “Kəmər və yol” forumunda çıxış edən Çin lideri Si Cinpin bildirib ki, qarşıdakı 10 il ərzində Çinin ümumi xidmət və ticarətinin həcmi müvafiq olaraq 5 trilyon dolları keçəcəyi gözlənilir. Həmçinin cari ilin birinci rübündə Çin iqtisadiyyatında 5,4 faiz artım müşahidə edilib. Bununla yanaşı, ilin ilk 2 ayında Çinin idxalı 296,4, ixracı isə 313 milyard dollar təşkil edib.

Yuxarıda qeyd olunduğu kimi, Çin iqtisadiyyatının inkişafı, onun ixrac potensialını artıraraq dünya bazarlarına çıxışını zərurətə çevirib. Lakin Şimal marşrutunda Rusiya-Ukrayna müharibəsi, Cənub marşrutunda isə Qırmızı dənizdə yaranan problemlər yüklərin Avropaya çatdırılmasında böyük çətinliklər yaradıb. Bunları nəzərə alan Çin Orta Dəhlizi ən optimal variant kimi özünün “Bir kəmər, bir yol” təşəbbüsünə daxil edib.

Prezident Donald Trampın Çin malları üçün gömrük rüsumlarını kəskin artırması rəsmi Pekini Avropa ilə daha sıx ticarət əlaqələri qurmağa sövq edib ki, bu da yaxın gələcəkdə Çindən Avropaya və əks istiqamətə yükdaşımaların həcminin böyük həcmdə artacağını deməyə əsas verir. Lakin dəniz yükdaşımaları problemsiz ötüşmür.

Çinin Xuando, Tanşan, Çindao, Lyanyunqan, Syanqan və Cənubi Çin dənizinin sahilindəki digər limanlarından Avropaya yüklər Qırmızı dənizdən keçərək Süveyş kanalı vasitəsilə daşınırdı. Lakin hələ Süveyş kanalına çatmamış Çin və Cənub-Şərqi Asiya dövlətlərinə məxsus ticarət gəmiləri Malay boğazında dəniz quldurlarının hücumuna məruz qalırlar. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirən bu boğazın uzunluğu 930 kilometr, eni isə ən dar yerdə 38 kilometrdir. Sahilə məsafənin az və dəniz səthinin mütəmadi olaraq dumanlı olması dəniz quldurlarına münbit imkanlar yaradır.

Beynəlxalq Dəniz Bürosunun hesabatına əsasən, Somali sahilləri, Ədən və Sinqapur körfəzləri ilə yanaşı Malay boğazı da dəniz quldurlarının toplandığı təhlükəli məntəqələrdir. Malay boğazından ildə 50 minə yaxın ticarət gəmisi keçir. Ötən il ticarət gəmilərinə 116 silahlı hücum olub, 116 dənizçı girov götürülüb.

2021-ci ildə Dubayda dəniz quldurları probleminə həsr olunan beynəlxalq konfransın sənədlərinə əsasən quldurlar dünya iqtisadiyyatına ildə 7-12 milyard dollar zərər vururlar. Müasir dəniz quldurları texnologiyanın inkişafından da səmərəli istifadə edirlər. 2017-ci ildə Çinin dəniz patrulu tərəfindən Malay boğazında ələ keçirilən quldurların gəmisində aparılan axtarış zamanı müəyyən olunub ki, quldurlar “Marine Traffic” sistemindən və “Ship Finder” tətbiqindən istifadə edərək qiymətli yükləri daşıyan ticarət gəmilərini izləyə bilirlər.

Beynəlxalq Ticarət Palatasının kommersiya cinayətlərini araşdıran xidmətinin rəhbəri Sayrus Modi hazırladığı hesabatda bildirib ki, Malay boğazında dəniz quldurları ticarət gəmilərinə silahlı basqın edərək qiymətli yükləri götürüb qara bazarda satırlar. Qiymətli yük olmadığı təqdirdə isə dənizçiləri pul müqabilində girov götürürlər”. BMT-nin müvafiq institutlarının tədbirlərinə baxmayaraq hələ də dəniz quldurlarının ticarət gəmilərini silahlı basqını davam edir.

Bütün bu problemlər yalnız Çinin deyil, Cənub Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrini genişləndirmək üçün Orta Dəhlizin aktuallığını artırıb. Digər tərəfdən Süveyş kanalı ilə yüklər Avropaya 60 günə, Orta Dəhlizlə isə 20 günə və təhlükəsiz çatdırılır.

Beləliklə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü iştirakçı dövlətlərə o cümlədən də Azərbaycana iqtisadi dividendlərlə yanaşı, həm də siyasi zəmanət də qazandıracaq. Azərbaycan Çin və digər Asiya dövlətlərinin qismində özünə siyasi tərəfdaşlar əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Qırğız ekspert Paris və Berlindəki iğtişaşların Aİ-nin qlobal ambisiyalarına mənfi təsirindən bəhs edib  - ŞƏRH

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib

® “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb

Sürücülər və operatorların məsul şəxsləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək VİDEO

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək VİDEO

“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub