Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar
Bakı, 7 aprel, AZƏRTAC
Dünyanın əksər ölkələrində COVID-19 pandemiyasının yayılması ilə əlaqədar insanlara evdə qalmaq və ciddi zərurət olmadığı halda yaşadıqları yeri tərk etməməklə bağlı çağırışlar edilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Diaspor Könüllüləri də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı, respublikamızda yaşayan insanları dövlətimizin #Evdəqal çağırışına dəstək verməyə çağırıb.
Bununla əlaqədar “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları videomüraciətlər yayaraq insanları koronavirusla mübarizədə diqqətli olmağa, dövlətimizin çağırışlarına səs verməyə, zərurət olmadıqda yaşayış yerini tərk etməməyə çağırıblar. Könüllülərin müraciətində qeyd edilir ki, evdə qalmaqla, zərurət olmadan yaşayış yerini tərk etməməklə biz həm özümüzü, həm də doğmalarımızı qoruyur, dövlətimizə vətəndaş dəstəyi göstərmiş oluruq.
Qeyd edək ki, müraciətlər davam edir və diaspor könüllüləri sosial şəbəkə üzərindən #evdəqal müraciəti ilə videolar paylaşmaqdadırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:58]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO
- 09.06.2026 [15:56]