Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar olmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan dili və ədəbiyyat fənləri üzrə növbəti elmi-metodiki seminar olmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, müəllim və metodistlərin iştirak etdikləri seminarda 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi davam etdirilmiş və təsdiq olunmuşdur.
TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə bu müzakirədə iştirak etmiş və öz fikirlərini diqqətə çatdırmışlar.
Seminarda, həmçinin bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılmışdır.
Test tapşırıqlarının məzmunu, abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi, yaxud yanlış cavablandırdığı suallar müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]