Azərbaycan-Estoniya oyununda qalib müəyyənləşməyib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda Estoniya yığması 1:0 hesabı ilə qalib gəlmişdi.