AZƏRBAYCAN GƏLƏN İLDƏN MOTORLU QAYIQLAR ÜZRƏ BEYNƏLXALQ İDMAN YARIŞLARINDA TƏMSİL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də Azərbaycan Motorlu Qayıqlar Federasiyasının (ARMQF) təqdimat mərasimi keçirilmişdir.
Federasiyanın prezidenti İbrahim İbrahimov gələcək planlardan danışaraq bildirmişdir ki, əsas məqsəd Motorlu Sürətli Qayıqlar Ümumdünya Federasiyasına üzv olmaq və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Belə ki, 2009-cu ildə 100-dən çox ölkənin iştirakı ilə motorlu qayıqlar üzrə dünya çempionatı keçiriləcək. Federasiyanın rəhbəri qeyd etmişdir ki, bu yarışlarda Azərbaycanın da təmsil olunması üçün əlimizdən gələni edəcəyik. Yarışın bir mərhələsinin Azərbaycanda keçirilməsinə nail olmaq üçün beynəlxalq qurumlarla danışıqlar aparılır.
Təqdimat mərasimi zamanı ARMQF ilə Ümumdünya Federasiyanın müstəqil şirkəti olan “Board Gran Pri” arasında 3 illik müqavilə bağlanılmışdır. 3 milyon avro dəyərində olan razılaşmanın şərtlərinə əsasən, şirkət federasiyanı idmançı, eləcə də avadanlıq və ləvazimatlarla təmin edəcəkdir. Gələcəkdə Səngəçalda 20 hektar ərazidə baza tikilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]