Azərbaycan gimnastı Zöhrə Ağamirova ilin idmançısı seçilib
Bakı, 27 dekabr, AZƏRTAC
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 25 yaşının tamam olduğu yubileyi ilində müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının təmsilçisi də fərqlənənlər sırasında yer alıb.
Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Azərbaycanı gimnastika tarixində Tokio Olimpiya Oyunlarında təmsil etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova ilin idmançısı adına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]