AZƏRBAYCAN GİMNASTLARI ÖZ REYTİNQLƏRİNİ YÜKSƏLTMİŞLƏR
Digər gimnastımız A.Qurbanova da mövqelərini yaxşılaşdırmışdır. O, topla təmrinlərdə 51 xalla 19-cu yerdən 10-cu mövqeyə qalxmış, iplə 13-cü (49 xal), gürzlə 20-ci (14 xal), lentlə isə 22-ci (4 xal) yerdədir. Dünya reytinq cədvəlinə isə Olqa Kapranova (ip, top və gürz) və Vera Sesina (lent) başçılıq edirlər.
Federasiyanın mətbuat xidmətindən onu da bildirmişlər ki, gimnastlarımız reytinqlərini yanvar-mart aylarında İtaliya, Estoniya və Rusiyada keçiriləcək beynəlxalq yarışlardan sonra daha da yüksəldə bilərlər.