İDMAN
AZƏRBAYCAN GİMNASTLARI REYTİNQLƏRİNİ YÜKSƏLTMİŞLƏR
Dinara Gimatova isə əvvəlkitək birinci onluqdadır. Gimnastımız lent və gürzlə təmrinlərdə 35 xalla 9-cu, iplə təmrinlərdə isə 16 xalla 12-ci yeri tutur.
Siyahıya isə rusiyalı dünya çempionları Olqa Kapranova (ip, top) və Vera Sesina (lent), dünya birinciliyinin gümüş mükafatçısı, ukraynalı Anna Bessonova (gürz) başçılıq edirlər.
Azərbaycan komandası 3 halqa 2 gürzlə qrup təmrinlərində 3 xal toplayaraq 14-cü yeri tutur. Birinci yeri dünya çempionları - Bolqarıstan və İtaliya kollektivləri bölüşürlər.
Gimnastlarımız reytinq cədvəlində Bakıda Dünya çempionatında, Tokioda dünyanın klub birinciliyində və Daşkənddə Dünya kuboku yarışlarında uğurlu çıxışları sayəsində yüksələ bilmişlər.
Respublika Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, idmançılarımız noyabr-dekabr aylarında İtaliya, Türkiyə və Rusiyada keçiriləcək beynəlxalq yarışlardan sonra öz reytinqlərini daha da yüksəldə bilərlər.