Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–Gürcüstan əlaqələri humanitar və mədəni müstəvidə dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycan–Gürcüstan əlaqələri humanitar və mədəni müstəvidə dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Bakı, 8 aprel, AZƏRTAC

Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasında Azərbaycan və Gürcüstan arasında formalaşmış çoxşaxəli əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri bu münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər, həmçinin iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan–Gürcüstan əlaqələrinin gələcək inkişaf istiqamətlərini bir daha müəyyən etdi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri, deputat Canməmməd Canməmmədov deyib.

Deputat qeyd edib ki, tarixi dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda humanitar və mədəni müstəvidə də dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. İki ölkə arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq, qarşılıqlı etimad və dəstək münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdəndir.

“Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın dövlət rəhbərliyi arasında aparılan danışıqlar bir daha təsdiqlədi ki, hər iki ölkə regionda sabitliyin əsas təminatçıları kimi çıxış edir. Azərbaycan ilə Gürcüstan arasında münasibətlər regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm dayaqlarından biridir. Dövlət başçılarının siyasi iradəsi və xalqların qarşılıqlı dostluğu bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni zirvələrə yüksələcəyinə əminlik yaradır. Dövlət səfərində əldə olunan razılaşmalar əsasən iqtisadi və enerji sahələrini əhatə edir. Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində mövcud layihələrin genişləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə ortaq mövqe nümayiş etdirdilər. Bununla yanaşı, turizm, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə perspektiv imkanlar da nəzərdən keçirildi. Təbii ki, bu sahələrdə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin dayanıqlı inkişaf strategiyalarına uyğun olaraq yeni imkanlar açır”, - deyə C.Canməmmədov diqqətə çatdırıb.

Səfər çərçivəsində iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qeyri-neft sektorunda qarşılıqlı investisiyaların artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məsələləri xüsusi diqqət mərkəzində olub: “Azərbaycan–Gürcüstan münasibətlərinin iqtisadi ölçüsü də geniş perspektivlər vəd edir. Son illərdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artım dinamikası 2026-cı ildə də davam edir. Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, bu ölkədə həyata keçirilən iri investisiya layihələrinin əsas iştirakçılarındandır. Bunu dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə birgə bəyanatla çıxışı zamanı xüsusilə vurğulayaraq bildirib ki, Gürcüstanda çox münbit sərmayə iqlimi var. Məhz buna görə Azərbaycanlı investorlar Gürcüstana maraq göstərirlər. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub və iki ölkə arasında ötənilki ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. 2026-cı ildə isə bu rəqəmin 1 milyard dollara çatacağı gözlənilir”.

Enerji və nəqliyyat layihələrinin isə hər iki ölkəni regionun mühüm logistika və enerji qovşağına çevirdiyini deyən deputat qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri regionun strateji əhəmiyyətini artırır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrin Avropa ilə Asiya arasında etibarlı əlaqələrin qurulmasına xidmət edir. Səfər zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə tranzit daşımaların artırılması və infrastrukturun modernləşdirilməsi məsələləri də qeyd olunub. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri regionun geoiqtisadi xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi qiymətləndirilib. Həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı, tranzit imkanlarının genişləndirilməsi və logistika infrastrukturunun modernləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı aparılan müzakirələrdə əsas məqamlardan biri də iki dövlət arasında tarixi dostluq, ikitərəfli münasibətlərin inkişafı, strateji tərəfdaşlıq olub. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, gürcü və Azərbaycan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıblar və bu tarixi əlaqələr müasir dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir.

Humanitar sahədə əməkdaşlıq və mədəni əlaqələr hər zaman Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm sütunlarından biri kimi çıxış edir. Humanitar sahədə əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin artırılması istiqamətində mühüm addımlar atılır.

Ortaq tarixi və mədəni irsin qorunması, tarixi abidələrin bərpası, mədəniyyət nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanıdılması xalqlar arasında mənəvi bağlılığın möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər münasibətlərin ideoloji əsaslarını daha da gücləndirir.

Diqqətə çatdırılıb ki, hər iki ölkədə təşkil olunan mədəniyyət günləri, incəsənət festivalları, sərgilər və konsert proqramları xalqlar arasında mənəvi körpü rolunu oynayır. Azərbaycan və gürcü xalqlarını birləşdirən zəngin tarixi irs bu münasibətlərin dərin köklərə malik olduğunu göstərir. Tarixi abidələrin bərpası, qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən birgə təşəbbüslər ortaq dəyərlərin yaşadılmasına xidmət edir. Bu kontekstdə multikulturalizm və tolerantlıq prinsipləri xüsusi önəm daşıyır. Gürcüstanda yaşayan azərbaycanlı icmasının və Azərbaycanda yaşayan gürcü icmasının sosial-mədəni hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu yanaşma iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirir və münasibətlərin ideoloji əsaslarını gücləndirir: “Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır.

Humanitar əməkdaşlıqdan iqtisadi inteqrasiyaya qədər uzanan geniş spektrdə əlaqələrin inkişafı iki ölkə arasında münasibətlərin dayanıqlı və uzunmüddətli olmasını təmin edir. Nəticə etibarilə Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycan–Gürcüstan münasibətlərinin çoxşaxəli inkişafında mühüm mərhələ kimi çıxış edir. Səfər çərçivəsində aparılan müzakirələr və vurğulanan prioritet istiqamətlər göstərir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri möhkəm təməl üzərində qurulub və gələcəkdə daha da dərinləşərək regionda sabitliyin və rifahın təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir.

Azərbaycan və Gürcüstan arasında münasibətlər regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Dövlət başçılarının siyasi iradəsi və xalqların qarşılıqlı dostluğu bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni zirvələrə yüksələcəyinə əminlik yaradır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına