Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərləri BTQ-nin başa çatdırılmasını müzakirə edəcəklər
Tbilisi, 2 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.
Həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan və Türkiyənin dəmir yolu idarələrinin rəhbərləri ilə görüşəcək. Görüşdə BTQ layihəsinin tam başa çatdırılması, yükdaşımaların həcminin artırılması və s. məsələlər diqqət mərkəzində olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:24]
Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]