ORDU
Azərbaycan HDQ-nin nümayəndə heyəti Gilan vilayətinin rəhbəri ilə görüşüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti İrana səfər çərçivəsində Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Salari İran-Azərbaycan münasibətlərinin tarixboyu yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən məmnunluğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını söyləyib.
Sonda dənizçilərimiz Rəşt muzeyini ziyarət ediblər.