Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana dostluq səfərinə yola düşüb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən, oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-122” və “G-124” gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəlidəki dəniz bazasını ziyarəti və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.