AZƏRBAYCAN İDMANÇILARI UKRAYNADAN VƏTƏNƏ MEDALLARLA DÖNMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Xarkovda karatenin kempo və kobudo növləri üzrə açıq Avropa çempionatı başa çatmışdır.
On səkkiz ölkədən 1000-ə yaxın karateçinin qatıldığı yarışda Azərbaycan idmançıları çox uğurlu çıxış etmişlər.
Ən aşağı yaş dərəcəsində Hüseyn Balakişiyev 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. O, kempo-kumite, layt-kontakt və kata yarışlarında 34 idmançı arasında ən yaxşı çıxış edərək üçqat Avropa çempionu adına layiq görülmüşdür. Digər idmançılarımız Müşfiq Həzili və Ümid Əliyev də qızıl medalara sahib olmuşlar.
Yarışda iştirak edən digər karateçilərimiz Nicat Məmmədov və Emil Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxmışlar. Rahib Usubov, İlkin Məmmədli və Mahir İsmayılov isə açıq Avropa çempionatının bürünc medalını qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]