Azərbaycan idmançılarının may ayı üçün reytinq cədvəli açıqlanıb
Bakı, 2 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıya bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
O, 810 xalla birinci pilləyə yüksəlib. 725 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderliyi əldən verərək, ikinci yerə düşüb.
İdman gimnastı Nikita Simonov isə 420 xalla üçüncü pillədə yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]