AZƏRBAYCAN İDMANÇISI BEYNƏLXALQ TURNİRİN BÜRÜNC MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bakı, 9 iyul (AZƏRTAC). Azərbaycanın dörd idmançısı Rusiyanın Stavropol şəhərində keçirilən tamblinq üzrə beynəlxalq turnirdə iştirak etmişdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan komandasında Bakı gimnastika məktəbinin nümayəndəsi Mixail Malkin ən yaxşı nəticə göstərmişdir. 1995-1996-cı illərdə anadan olmuş idmançıların yarışında Mixail Malkin bürünc mükafata layiq görülmüşdür. Malkin tullanma üzrə təsnifat yarışlarının yekununa görə 4-cü yeri, finalda isə 3-cü yeri tutmuşdur. Azərbaycan idmançısını yalnız Rusiya nümayəndələri ötmüşlər.
Yaşlı idmançılarımıza gəldikdə isə, onlardan ikisi finala çıxmışdır. Təsnifat mərhələsində 8-ci yeri tutmuş Hafiz Rzayev finalda 5-ci olmuşdur. Səid Səlimov 9-cu sıradan yüksələrək 7-ci, Rahib Əliyev isə 12-ci yeri tutmuşdur.
Azərbaycan idmançıları yarışlara qədər Stavropolda toplantıda olmuşlar. Onlar bu ilin payızında Sankt-Peterburqda keçiriləcək tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]