AZƏRBAYCAN İDMANÇISI İKİNCİ DƏFƏ QİTƏ ÇEMPİONU TİTULUNA YİYƏLƏNƏ BİLƏR
İyulun 15-də Slovakiyanın Koşitse şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına start
verilmişdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki,
yarışın ilk günündə döşək üzərinə çıxan Mariya Stadnik (48 kq) qitə çempionu adını qazanmağa çox yaxındır. Azərbaycan yığma komandasının ukraynalı legioneri bütün rəqiblərinə qalib gələrək, finala vəsiqə qazanmışdır.
Xatırladaq ki, cari ilin aprelində Azərbaycan güləşçisi Mariya Stadnik (48 kq) Finlandiyada keçirilən Avropa çempionatının qızıl medalını qazanmışdır. İdmançı Pekin Yay Olimpiya oyunlarında da iştirak edəcəkdir.
Slovakiyaya yollanmış digər qadın idmançılarımız Nadiya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) isə yarışlara sabah qatılacaqlar.
İyulun 20-də yekun vurulacaq turnirdə ardıcıl olaraq yunan-Roma və sərbəst güləşçilərimiz də qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]