Azərbaycan idmançısı Sənan Şükürov dünya çempionatında gümüş medal qazanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Moskvada strctcurl idman növü üzrə dünya çempionatı təşkil olunub.
Azərbaycan Stronqmen Federasiyasından AZƏRTAC-a bildiriblər ki, WRPF versiyası üzrə təşkil olunan çempionatda ölkəmizi 2 idmançı təmsil edib.
Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Şükürov gümüş medal qazanıb. Digər idmançımız Kamal Məmmədli (82,5 kq) isə çempionatı dördüncü pillədə başa vurub.
Dünya çempionatında 30 ölkədən 3 minə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.