Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Aİİ-nin yaradılmasının dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyən rektor bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək diqqətə görə bütün ilahiyyatçılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. C.Məmmədov deyib: “Sovet dövrünün qadağa və məhdudiyyətləri ilə üzləşən, ancaq ruhdan düşməyən, gələcəyə ümidlə baxan ruhanilərimizin ən böyük arzularından biri Azərbaycanda ali dini təhsil müəssisəsinin yaradılması olub. Belə ki, Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində dini sahədə qəbul edilmiş ən ciddi qərarlardan biridir. Biz bu məsuliyyətin yükünü anlayır, dövlətimizin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq. 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. Hazırda institutda bir fakültə, üç kafedra mövcuddur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur”.

Rektor diqqətə çatdırıb ki, DQİDK tərəfindən Aİİ-nin bir tələbəsi üçün Heydər Əliyev adına təqaüd təsis edilib. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də tələbələrdən biri üçün aylıq təqaüd ayırıb.

Aİİ-nin fəaliyyətə başlamasını ölkəmizin müasir tarixində mühüm hadisə kimi dəyərləndirən Etibar Nəcəfov bildirib ki, institutun yaradılması böyük siyasi və mədəni əhəmiyyətə malikdir. Aİİ əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin xüsusi modelinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Ölkəmizdə dinlərarası münasibətləri daha da dərinləşdirəcək Aİİ azərbaycançılıq ideyasına sadiq qalaraq dövlət-din münasibətlərinin inkişafına nail olacaq. İnstitutun yaradılmasının digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu ali təhsil ocağı xalqımızın zəngin milli mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafında da böyük əhəmiyyətə malikdir. İnstitut, həmçinin ölkəmizə daxil olan zərərli ideyaların qarşısının alınmasında səylə çalışacaq, terrorizmə, ekstremizmə qarşı mübarizədə mühüm rol oynayacaq.

Gələcəkdə Aİİ-nin nüfuzlu xarici universitetlər ilə beynəlxalq layihələr çərçivəsində əməkdaşlığının nəzərdə tutulduğunu deyən E.Nəcəfov diqqətə çatdırıb ki, bu da Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin təbliğinə xidmət edəcək.

Tədbirdə çıxış edən Mübariz Qurbanlı dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsindən danışıb. Vurğulanıb ki, din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla və ölkəmizin mövcud qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, Azərbaycan dövləti İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır və bu məkanların təmirinə, mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir.

M.Qurbanlı diqqətə çatdırıb ki, Aİİ Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlər üzrə də kadr hazırlığına böyük ehtiyac duyulduğu üçün təsis edilib. O deyib: “Aİİ ölkəmizdə yeganə ali təhsil ocağıdır ki, burada ödənişsiz təhsil sistemi tətbiq olunur. Din sahəsində kadr hazırlığının geniş səpkidə həyata keçiriləcəyi bu ali təhsil ocağında oxuyan tələbələrin hamısına təqaüd verilməsi və digər güzəştlərin tətbiq olunması da nəzərdə tutulub. Hesab edirəm ki, Aİİ-nin yetişdirəcəyi kadrlar milli mənəvi dəyərlərimizin qorunmasında öz layiqli töhfələrini verəcəklər”.

Prezident İlham Əliyevin “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamını xatırladan Siyavuş Novruzov Aİİ-nin fəaliyyətə başlamasının zərurətdən irəli gəldiyini bildirib. “Əminəm ki, bu ali təhsil ocağı dinin Azərbaycanda düzgün formada təbliğinə xidmət göstərəcək. Belə bir institutun ölkəmizdə fəaliyyət göstərməsi müvafiq sahədə kadrların yetişməsinə zəmin yaradacaq. Ümidvaram ki, hazırda ilk addımlarını atan Aİİ gələcəkdə daha geniş istiqamətlərdə fəaliyyət göstərməsi üçün səylə çalışacaq”, - deyə o bildirib.

Sonra T.Altıkulac, QMİ-nin sədr müavini Hacı Fuad Nurullah, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri, professor İsmayıl Əliyev, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqımızı və institut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini bildiriblər.

Sonda tədbirdə iştirak edən dini icmaların rəhbərlərinin adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Müraciətdə dini icmaların rəhbərləri dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Aİİ-nin istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri ölkəmizdə milli mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan bu ali təhsil ocağının yaranması haqqında imzaladığı Sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Parisdə PSJ-nin azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərginlik yaşanıb

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

İran yığması FIFA-dan cavab gözləyir

Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlər tətbiq olunub

Rubio: ABŞ Türkmənistanın təbii qaz ixracının Trans-Xəzər marşrutları vasitəsilə şaxələndirilməsinə dəstək verir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Türkiyənin bir neçə əyalətində sel, torpaq sürüşmələri baş verib

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib