SİYASƏT
Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Bakı, 8 aprel, AZƏRTAC
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Deyvit Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı deputatlar avropalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:50]
Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub
- 21.05.2024 [17:23]
ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb
- 21.05.2024 [16:48]
Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub
- 21.05.2024 [15:22]