Azərbaycan ilə Belarus arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da elm və təhsil naziri Emin Əmrullayev Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.