Azərbaycan ilə Gürcüstan arasında səhiyyə və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Tbilisi, 1 aprel, AZƏRTAC
Azərbaycanın Tbilisidəki səfiri Faiq Quliyev martın 31-də Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterine Tikaradze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında səhiyyə, qaçqın və məcburi köçkünlər, eləcə də sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri, bu sahələrə cavabdeh dövlət qurumları arasında əlaqələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər, o cümlədən əhalinin vaksinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
- 08.10.2026 [12:09]
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
- 08.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [11:03]