Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan indiyə kimi ən yaxşı təşkil olunan Olimpiadanı təqdim etmək istəyir

Azərbaycan indiyə kimi ən yaxşı təşkil olunan Olimpiadanı təqdim etmək istəyir

Bakı, 4 may, AZƏRTAC 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti FİDE (Beynəlxalq Şahmat Federasiyası) Hakimlər Komissiyasının sədri Takis Nikolopoulosla müsahibəni təqdim edir.

- Siz FİDE rəsmilərinin Bakıya səfəri zamanı FİDE nümayəndə heyətində yer almısız. Olimpiadanın keçiriləcəyi məkan haqqında nə deyə bilərsiniz?

- Oyun üçün seçilən məkan çox möhtəşəmdir. Olimpiadanın keçirilməsi üçün geniş sahəyə və bütün lazımi infrastruktura malikdir. Oyunun keçiriləcəyi məkan, ofislər, mətbuat mərkəzinin təşkili üzrə məsul olan komanda heyəti həqiqətən çox yaxşı çalışır. Sonuncu səfər zamanı bizə təqdim edilən plan əsasında ətraflı müzakirələr aparıldı. Biz bəzi dəyişikliklərin edilməsini təklif etdik və əminəm ki, oyunun keçiriləcəyi məkan və əlavə yaradılacaq ofislərlə bağlı hər bir şey qaydasında olacaq. Baş hakim, texniki yardım paneli, FİDE üçün nəzərdə tutulan ofislər və VIP sahələr oyunun keçiriləcəyi məkandan yaxın məsafədə yerləşir. Mətbuat mərkəzi oyun zalına yaxın olduğundan jurnalistlər üçün işləmək rahat olacaq.

- Tamaşaçılar üçün nəzərdə tutulan xüsusi bir sahə olacaq? Onlar oyunları izləmək imkanı əldə edəcək?

- Bəli, plana əsasən tamaşaçılar üçün səhnədə 700 nəfərlik oturacaq yerləri nəzərdə tutulub və ən azı onların istədikləri oyunları izləmək imkanı olacaq. Bundan əlavə, tamaşaçılar oyunları böyük ekranlar vasitəsilə də seyr edə biləcəklər. Həmin ekranlar çoxlu sayda oyunları əks etdirəcək. Arenada sektorlarda da tamaşaçılar üçün oturacaqlar mövcuddur.

- Əvvəlki Olimpiada zamanı əlillərin arenaya daxil olması üçün şərait yox idi. Bu dəfə belə problem yaşana bilərmi?

- “Crystal Hall” ilk növbədə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi üçün inşa edilib və daha sonra isə digər idman və mədəni tədbirlər də burada keçirilib. Orada çoxlu sayda ictimai və əlillər üçün də nəzərdə tutulan giriş qapıları var. Bununla bağlı heç bir problem olmayacaq.

- Siz əvvəlki iki olimpiadada baş hakim olmusunuz. Bu il təcrübəli hakim Faiq Həsənov bu məsul vəzifəni icra edəcək. Ən böyük şahmat hadisəsi zamanı baş hakim rolunda iştirak etmək nə qədər çətindir?

- Hakimlərin hazırlanması və yarış zamanı necə hərəkət etmələri barədə tapşırıqların qoyulması olduqca çox məsuliyyətli və çətin bir işdir. Siz hər hansı bir fövqəladə halların mövcud olduğu zaman həmişə tam hazır vəziyyətdə olmalısınız. Əgər sizin yadınızdadırsa, biz Tromsödə çox kədərli bir hal ilə qarşılaşmışdıq…

Mən inanıram ki, Olimpiadaya təyin olunan baş hakim, onun müavinləri və partiya üzrə hakimlər bütün vəziyyəti idarə etmək üçün kifayət qədər təcrübəyə malikdir. Faiq Həsənov çox təcrübəli bir hakimdir və buna görə də hər şeyin yaxşı olacağına əminəm.

- 2 il bundan əvvəl Tromsödə Olimpiada zamanı kompyuter köməkliyi ilə bağlı məsələlərin çox narahatlığa səbəb olmasına baxmayaraq, yenə də metal detektorlar və xüsusi çərçivələrdən istifadə edilmişdir. Bu il hər hansı bir dəyişikliklərin olması nəzərdə tutulub?

- Biz kənar vasitələrin köməkliyinə qarşı tədbirlərə aid çoxlu müzakirələr apardıq. FİDE-nin müvafiq komitəsinin sədri İsrail Gelfer Bakıda səfərdə olub. Komitənin görüləcək işlərlə bağlı təklifləri var. Təşkilatçılar hər bir məsələnin yerinə yetirilməsinə hazırdır. Bu bizim görüşlər zamanı da tamamilə aydın oldu. Biz bu tədbirlərin hansı formada həyata keçirilməsi barədə fikir mübadiləsi aparırıq. Bu kimi görüləsi tədbirlərdən biri də şahmatçıları nəzarətdə saxlayacaq hakimlərin olmasıdır. Ola bilər ki, xüsusi hakimlər şahmatçıların kənar vasitələrdən istifadəsinin qarşısını almaq üçün çalışacaq.

- Siz bizə kənar vasitələrə qarşı işləyəcək hakimlər barəsində daha çox məlumat verə bilərsiniz. Onların funksiyaları nədən ibarət olacaq?

- Bütün vacib yarışlarda həmin hakimlərdən istifadə olunur. Məsələn, 2015-ci ildə “Qətər Masters Open” turnirində iki, elə həmin il gənclərin dünya çempionatında isə 4 hakim bu işlərə nəzarət edib. Onlar şahmatçılar arasında əlaqələrin yoxlanışını həyata keçirirdilər. Oyunçular ayaqyoluna getmək istədikləri vaxt əgər hər hansı bir səbəb üzündən ehtiyac duyularsa (məsələn, kimsə ayaqyoluna tez-tez gedərsə) o zaman həmin hakimlər onlarla birgə gedə bilər. Hakimlər oyunçuların bir-biri ilə söhbət etmələrini yoxlayır (məsələn, siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi ərazilərdə) və dərhal bizə bu barədə xəbər verirlər. Bu hakimlərin şübhəli məqam olduğu an oyunçuları dərhal cərimələmək kimi hüququ var. Biz turnir başlamazdan öncə oyunçulara və kapitanlara oyun zamanı xüsusi hakimlərin olacağı barədə məlumat verəcəyik.

- FİDE-nin Hakimlər Komissiyası hakimlərə yeni qaydaların icrasında necə köməklik göstərir?

- Hakimlər Komissiyası FİDE-nin müvafiq komitəsi ilə birgə əməkdaşlığı sayəsində hakimlər üçün onlayn rejimdə mühazirələrin keçirilməsini təşkil edir. Təxminən 3-4 saatadək davam edən mühazirələr zamanı, biz yeni qaydaları izah edir və xüsusi hakimlər üçün nəzərdə tutulan göstərişlər üzərində diqqəti cəmləşdiririk; biz hakimlərə bu zaman necə davranmalarını izah edir, bəzi halları təqdim edir və suallara cavab veririk. Hakimlər üçün nəzərdə tutulan jurnalın 2-ci hissəsində bəzi halları təqdim edib və həmçinin göstərişlər üzrə açıqlamalar da vermişik. İlk mühazirəmizdə ümumilikdə 75 nəfər iştirak edib. 45 hakim bunu canlı seyr edir və yerdə qalan insanlar isə yazı versiyasını izləyirdilər. Mühazirə bizim internet səhifəmizdə yerləşir və biz yalnız bununla maraqlanan hakimlərə izləmək üçün şərait yaradırıq. Bizim artıq ingilis və rus dillərində mühazirələrimiz mövcuddur. Həmçinin biz mümkün qədər daha çox hakimləri əhatə edə biləcək və onları lazımi yardım ilə təmin etmək üçün ispan, ərəb və digər dillərdə də mühazirələr verməyə planlaşdırırıq.

FİDE hakimlərinin seminarlarında hakimlər üçün bununla bağlı qaydalar və göstərişlər haqqında mühazirələri daxil etmişik. Biz əlimizdən gələni etməyə çalışırıq. FİDE-nin mövqeyi tam aydındır - FİDE şahmatçıların yarış zamanı kənar vasitələrin köməyindən istifadəsinin qarşısını almağa çalışır. Buna görə də hakimlərin daha fəal rol oynamalarını istəyirik.

- Bakıda keçiriləcək Olimpiada əvvəlkilərdən necə fərqlənəcək?

- Düşünürəm ki, Azərbaycan indiyədək təşkil olunan ən yaxşı Olimpiadanı təqdim etmək istəyir və bunun üçün də bütün vasitələrə malikdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir