Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimatı keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək məqsədilə yaratdığı Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev assosiasiyanın ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərəcəyini deyib. Bildirib ki, bu təşkilatlanma qadınların hazırda fəaliyyət göstərən qruplarını gücəndirəcək və yeni qrupların yaranmasına xidmət edəcək.
Qeyd olunub ki, indiyədək 361 qadını birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb. Bu qruplar 10-20 qadından ibarətdir və onlara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər keçirilir.