Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında
Bakı, 16 noyabr, AZƏRTAC
Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın “Lyrik Kabinett” Fondu arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı “Candles” - 101 verses (“Şamlar” - 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən bildirilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır. Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, videomateriallar, ədəbi jurnallar və s. saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]