Azərbaycan klubu niderlandlı futbolçunu heyətinə qatıb
Bakı, 9 iyul, AZƏRTAC
“Şəfa” növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, Premyer Liqa təmsilçisi niderlandlı yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib.
Dilan, eyni zamanda, Rusiyanın “Fakel” (Voronej), Bolqarıstanın “Botev” (Plovdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.