AZƏRBAYCAN KOMANDASI ŞAHMAT OLİMPİADASINDA DÖRDÜNCÜ PİLLƏYƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Drezdendə keçirilən dünya şahmat olimpiadasının 5-ci turunda Azərbaycanın kişilərdən ibarət yığma komandası Norveç təmsilçilərini 3:1 hesabı ilə məğlub etmişlər.
Birinci taxtada Teymur Rəcəbovu əvəz edən Şəhriyar Məmmədyarov norveçli vunderkind Maqnus Karlsenlə oyununu heç-heçə başa vurmuşdur.
Vüqar Həşimov Simen Aqdestayn, Rauf Məmmədov isə Lyudviq Xammer üzərində inamlı qələbə qazanmışdır. Dördüncü taxtada oynayan Qadir Hüseynov Lie Ketillə xalları yarı bölmüşdür.
Bu qələbədən sonra aktivinə 9 xal yazan Azərbaycan əlavə göstəricilərinə görə 4-cü pilləyə yüksəlmişdir.
Qadın şahmatçılarımız isə Serbiya idmançılarının müqavimətini qıra bilməmiş, görüş 2:2 hesabı ilə nəticələnmişdir. Qeyd edək ki, Azərbaycan-Serbiya qarşılaşmasında bütün oyunlar “sülh”lə qurtarmışdır. Komandamız 7 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]