“AZƏRBAYCAN KORPORATİV İDARƏETMƏ LAYİHƏSİ” ÇƏRÇİVƏSİNDƏ PİLOT PROQRAMI ELAN EDİLMİŞDİR
Proqramda iştirak edəcək səhmdar cəmiyyət və banklara korporativ idarəetmə təcrübələrinin qiymətləndirilməsinə, menecment və səhmdarlar arasında münasibətlərin təkmilləşdirilməsinə, şəffaf və aydın maliyyə hesabatlarının hazırlanmasına və digər məsələlərə dair məsləhətlər veriləcəkdir.
Proqramda iştirak edəcək şirkət və banklar sərmayə potensialı, maliyyə perspektivləri, islahatlara meyillilikləri, uğur qazanmaq imkanları və digər meyarlar əsasında seçiləcəklər.