Azərbaycan kuboku yarışı: “Səbail”, “Turan Tovuz” və “Qəbələ” dörddəbir final mərhələsinə yüksəliblər
Bakı, 22 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyunun günündə 3 matç oynanılıb.
Binə qəsəbə stadionunda MOİK ilə qarşılaşan “Səbail” rəqibini 4:0 hesabı ilə məğlub edib. “Səbail”in heyətində Franko Mazurek, Ədilxan Qarəhmədov, Mirabdulla Abbasov və Maksim Çex fərqləniblər.
Digər oyunda “Şamaxı” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. Oyunda yeganə qolun müəllifi Natan Oduva olub.
Günün sonuncu matçı Qəbələ şəhər stadionunda oynanılıb. “Araz-Naxçıvan” komandası ilə qarşılaşan “Qəbələ” 5:0 hesablı qələbə qazanıb. Görüşdə qolları Məqsəd İsayev, Ramon Maçado, İsnik Alimi, Felipe Santos və Ülvi İsgəndərov vurublar.
“Səbail”, “Turan Tovuz” və “Qəbələ” klubları yarışın dörddəbir final mərhələsinə yüksəliblər. “Səbail” növbəti mərhələdə "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi, “Turan Tovuz” isə “Kəpəz” - “Sumqayıt” duelinin güclüsü ilə üz-üzə gələcək. “Qəbələ” isə “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, səkkizdəbir finala noyabrın 23-də keçiriləcək "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]