İQTİSADİYYAT
Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq
Bakı, 15 may, AZƏRTAC
Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil ediləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunacaq. Pavilyonda meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə və sair məhsullar nümayiş etdiriləcək.