AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Akademiya elmi idarələri rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi iclası AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açmışdır.
Sonra AMEA-nın müxbir üzvü Arif İsmayılzadənin “1:1000000 miqyasında Azərbaycanın geodinamik əsaslı tektonik xəritəsi” mövzusunda məruzəsi dinlənilmişdir.
Xəritədə Qafqazın Azərbaycana aid hissəsində çökmə və maqmatik komplekslərin petrologiyası və metallogeniyası sahəsində AMEA-nın Geologiya İnstitutunda aparılan çoxillik fundamental elmi-tədqiqat işlərinin nəticələri əksini tapmışdır.
Eyni zamanda qeyd edilmişdir ki, geoloji-geofiziki materiallara, “Litosfer piltələrin tektonikası” konsepsiyasına əsasən, regionun geodinamikasını əks etdirən yeni tektonik modeli qurulmuşdur.
İclasda elmi-təşkilati məsələlərə də baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]