Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir VİDEO

Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir. 

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, Milli Məclisin deputatları, ali məktəblərin rəhbərləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə qazandığı uğurları əks etdirən sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə AMEA-da il ərzində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 49 həqiqi (akademik) və 97 müxbir üzvdən ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas öz işinə başlamağa səlahiyyətlidir.

Akif Əlizadə demişdir ki, AMEA-nın ötən il aprelin 24-də keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir. Bunlar akademiklər Rəhim Rəhimov, Asəf Nadirov, Bəhram Əsgərov, AMEA-nın müxbir üzvləri Abdulla Muxtarov, Sabir Hacıyev, Sabit Kərimov, İsgəndər Cəfərovdur.

Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA-nın prezidenti qeyd etmişdir ki, illik yığıncağın gündəliyində iki məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü ildəki fəaliyyəti və görkəmli alimlərin adına təsis edilmiş mükafatların təqdim olunması.

Gündəlik səsə qoyularaq qəbul olunmuş və reqlament müəyyənləşdirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ötənilki ümumi yığıncaqdan keçən dövr ərzində ölkəmizin həyatında baş vermiş ən mühüm hadisənin prezident seçkiləri olduğunu diqqətə çatdırmışdır. Akademik Azərbaycan xalqının ümumi iradəsi nəticəsində bu ali dövləti vəzifəyə seçilmiş Prezident İlham Əliyevi elmi ictimaiyyət adından təbrik etmişdir.

Akif Əlizadə AMEA-nın dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq 2013-cü ildə də uğurla fəaliyyət göstərdiyini bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə olunmasını, elmi infrastrukturun müasirləşdirilməsini və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirən əsas prinsip kimi qeyd etmişdir. AMEA prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş, bölgədə ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını bildirmişdir.

Akademiyanın prezidenti demişdir ki, AMEA Azərbaycan Prezidentinə dəstək olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfəsini vermişdir. Dövlətimizin başçısı Akademiyanın ölkədə elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq bu mötəbər elm ocağının 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Akif Əlizadə demişdir ki, Azərbaycan Prezidenti tərəfindən hər il olduğu kimi, ötən ildə də ölkəmizdə elmin inkişafı ilə bağlı çox mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, Akademiyanın həqiqi və müxbir üzvləri yüksək dövlət təltiflərinə layiq görülmüş, AMEA-nın əməkdaşlarının maaşları, doktorantların təqaüdləri, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin məbləği artırılmışdır.

Bildirilmişdir ki, ötən il aprelin 24-də keçirilmiş ümumi yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçilmişdir. Seçkilərdən sonra Akademiyada köklü islahatlara başlanılmışdır. Bu islahatların əsas prinsipini ölkəmizin inkişaf strategiyasına uyğun olaraq elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunması, elmi infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi və s. təşkil etmişdir.

Akademik Akif Əlizadə ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin təsis edilməsi haqqında” 2012-ci il 19 dekabr tarixli Sərəncamına əsasən, Gəncə Regional Elmi Mərkəzinin bazasında AMEA-nın Gəncə bölməsinin yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, bölmənin fəaliyyəti Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin işinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialın inkişaf etdirilməsi, bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması kimi mühüm məsələləri əhatə edir.

Qeyd olunmuşdur ki, görülmüş işlər sırasına AMEA-nın elmi müəssisələrinin Direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin “Gənclər üçün Prezident mükafatı”na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması AMEA-nın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.

Akademik Akif Əlizadə elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri həvəsləndirmək məqsədilə “Nizami Gəncəvi adına Qızıl medal”ın, həmçinin Akademiyanın adlı mükafatlarının təsis olunduğunu, AMEA-nın fəxri fərmanının yeni formalarının təsdiq edildiyini demişdir.

AMEA prezidenti qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün səmərəli istifadə olunması mühüm məqsəd kimi qarşıya qoyulmuşdur. Bu işdə əsas məsuliyyət ali elmi təşkilat olan Akademiyanın üzərinə düşür. Ona görə də ilk növbədə, AMEA-nın 2020-ci ilə qədər perspektiv inkişaf hədəf və istiqamətlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Akif Əlizadə bu məqsədlə, hazırda Akademiyanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını, elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini və bu işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlərin Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyət olduğunu vurğulayan Akif Əlizadə demişdir ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədilə ölkəmizdə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.

Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Məruzədə bildirilmişdir ki, hesabat ilində Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə başlanılmış, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü əlaqələndirilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Qeyd edilmişdir ki, elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi tədqiqat işi aparılmış, 110 mühüm elmi nəticə alınmış, onlardan 55 iş tətbiq olunmuşdur. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilmişdir. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilmiş, Akademiyanın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilmişdir.

R.Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin işinin səmərəliliyini artırmaq, elmin idarə edilməsində Mərkəzi Aparatın fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də bəhs etmişdir. Bildirilmişdir ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılmışdır. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “Sosiologiya” sözü götürülmüş, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılmışdır.

Məruzəçi AMEA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 70 illik yubileyi və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlərin görüldüyünü demişdir. AMEA-nın icraçısı olduğu dövlət proqramlarından üçünün artıq başa çatdığı, 13-nün davam etdirildiyi vurğulanmışdır.

AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də geniş bəhs olunduğu məruzədə vurğulanmışdır ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb edilməsinə şərait yaratmışdır. Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirmişdir ki, 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə mühüm vəzifələr qoyulmuş, hazırlanmış fəaliyyət planı çərçivəsində kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, “AzScienceNet”in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “AzScienceNet”də 100 kilometrə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88 faizinin fiber-optik xətlər vasitəsilə İnternetə qoşulması təmin edilmiş, əməkdaşların internet trafikə olan tələbatı təxminən üç dəfə artmışdır.

AMEA-nın akademik-katibi qeyd etmişdir ki, 2013-cü ildə mütəmadi olaraq “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “Elm dünyası”, “AMEA-nın Xəbərləri məcmuəsi” jurnallarının və “Elm” qəzetinin nəşri təmin edilmişdir.

R.Əliquliyev Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.

Hazırda müzakirə prosesində olan “Elm siyasəti haqqında” Qanunun qəbul edilməsinin elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanmış və “Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı”nın qəbul olunması məqsədəuyğun hesab edilmişdir.

Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər − İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və akademik İsmayıl İbrahimov çıxış edərək mövcud problemlərdən danışmış və təkliflərini səsləndirmişlər.

Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümumi yığıncağın qərar layihəsini oxumuşdur.

Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Daha sonra yığıncaqda elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim olunmuşdur.

Mükafatların əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Qeyd edilmişdir ki, AMEA Rəyasət Heyəti bu il fevralın 5-də adlı mükafatların təsis edilməsi haqqında qərar qəbul etmiş, 9 aprel tarixli iclasında isə təltif olunan alimlərin adlarını açıqlamışdır. AMEA-nın 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülmüşdür.

AMEA-nın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafat təqdim etmişdir.

Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülmüşdür. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunmuşlar. Akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərinə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafata layiq görülmüşlər.

Yığıncağa yekun vuran AMEA-nın prezidenti, akademik Akif Əlizadə gələcəkdə elmin mühüm yeniliklərinə nail olmaq üçün müxtəlif istiqamətlərdə bir neçə elm qurumunun birgə tədqiqatlar aparmalarının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, bu məqsədə nail olmaq üçün alimlər prioritet istiqamətlər seçərək bütün imkanlarını həmin sahəyə yönəltməlidirlər. Akif Əlizadə Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu hədəflərə nail olma yolunda alimlərə uğurlar arzulamışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb