AZƏRBAYCAN MİLLİ NEFT KOMİTƏSİ DÜNYA NEFT ŞURASININ ÜZVÜ OLDU
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Neft Şurasının Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilmiş toplantısında Azərbaycan Milli Neft Komitəsi bu qurumun tam hüquqlu üzvü seçilmişdir. 4 min nümayəndənin iştirak etdiyi toplantıda Beynəlxalq neft-qaz sərgisi də təşkil olunmuşdur.
Növbəti toplantının 2008-ci ildə İspaniyanın paytaxtı Madriddə keçirilməsi qərara alınmışdır.