Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN XIII QURULTAYI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında respublika müəllimlərinin XIII qurultayı keçirilmişdir.

Prezidentin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul işçilərinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri qurultayı təhsil naziri Misir Mərdanov açdı.

Məktəblilərin ifasında Azərbaycanın dövlət himni səsləndi.

Gündəliyə təhsil nazirinin məruzəsi, mandat komissiyasının hesabatı, yekun sənədlərinin qəbulu məsələləri daxil edilmişdi.

Qurultayın katibliyi, redaksiya heyəti və mandat komissiyası seçildi.

Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaya təbrik məktubunu oxudu.

(Təbrik məktubunun mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Sonra təhsil naziri Misir Mərdanov hesabat məruzəsi etdi. O dedi ki, Azərbaycan müəllimlərinin XIII qurultayı müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğurların və qələbələrin əldə olunduğu tarixi bir dövrə təsadüf edir. Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində ötən beş ildə dövlət büdcəsinin 10 dəfə artaraq 1,2 milyard manatdan 12 milyard manata çatması Azərbaycanı iqtisadi inkişaf sürətinə görə lider dövlətlər sırasına çıxarmışdır.

Azərbaycan təhsilinə göstərilən qayğıdan, bu sahədə qazanılan nailiyyətlərdən danışan M.Mərdanov bildirdi ki, ulu öndərimiz, qüdrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə başlanmış təhsil islahatları geniş vüsət almışdır. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq, 2008-ci ildə 1,1 milyard manat təşkil etmiş, investisiya xərcləri isə 5,8 milyon manatdan 220 milyon manata çatmışdır. Bu illər ərzində təhsil işçilərinin əmək haqqı 6 dəfə, tələbələrin təqaüdü 10 dəfə, aspirantların təqaüdü 4,5 dəfə artmışdır.

Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Dünyada savadlılığın dəstəklənməsi” mövzusunda Bakı şəhərində keçirilən YUNESKO-nun regional konfransının təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər, Azərbaycanın dünyada qabaqcıl təhsil meyillərini dəstəkləyən ölkə imicini daha da yüksəltdiyini vurğuladı.

Ayrı-ayrı təhsil pillələri üzrə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən bəhs edən nazir dedi ki, məktəbəqədər təhsil müəssisələrində yeni təlim texnologiyalarının tətbiqi ilə əlaqədar beynəlxalq təşkilatlarla birlikdə bir sıra işlər görülmüş, 3 min rəhbər və pedaqoji işçi elmi-metodik hazırlıqlarının yüksəldilməsi məqsədi ilə öyrədici məşğələlər keçmişdir. Son 20 ildə ilk dəfə olaraq, Bakı şəhərində 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. Bu il 21 uşaq bağçası əsaslı təmir ediləcək və müasir avadanlıqla təmin olunacaqdır.

Son beş ildə 300 min şagird yerlik 1360 yeni məktəb binası inşa olunmuş, 300-dək təhsil ocağı əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 43 min 770 şagird yerlik 226 yeni məktəb binası tikilmişdir. 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbi əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. Bu ilin sonunadək daha 161 yeni məktəb binası istifadəyə veriləcəkdir. Beləliklə, son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək, ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil alacaqdır. Gələcəkdə daha 450 məktəb üçün yeni bina inşa ediləcək, ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikiləcək, 1200 məktəb əsaslı təmir olunacaqdır.

İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin əhəmiyyətini vurğulayan M.Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunmasının, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılmasının da nəzərdə tutulduğunu bildirdi.

Təhsillə bağlı 14 inkişafyönümlü Dövlət proqramının təsdiq edildiyini xatırladan nazir dedi ki, 2007/2008-ci tədris ilində təhsil tariximizdə ilk dəfə olaraq, dövlət səviyyəsində “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələri keçirilmişdir.

Bu il 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti çap olunaraq məktəblərə verilmişdir.

“2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na müvafiq olaraq, ciddi ehtiyac olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayı 4800 nəfərə çatmışdır. Növbəti ildə 1308 müəllimin ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdur.

Bu il ali məktəblərə qəbulla bağlı test imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini bildirən nazir dedi ki, 600-dən çox bal toplayanların sayı 2004-cü ilə nisbətən 2 dəfədən çox artmış, 6 nəfər maksimum, yəni 700 bal toplamışdır. Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəbliləri 12 qızıl, 24 gümüş, 59 bürünc medal qazanmışlar.

Təhsil sahəsində beynəlxalq əlaqələrdən bəhs edən M.Mərdanov bildirmişdir ki, hazırda Azərbaycan dünyanın 30-dan çox ölkəsi ilə təhsil əlaqələri qurmuşdur. Xarici ölkələrin ali təhsil müəssisələrində 4 minədək azərbaycanlı gənc oxuyur. Onların 900 nəfərindən çoxu dövlətin hesabına təhsil alır. Respublikamızın universitetlərdə isə 6 min 500-dək əcnəbi tələbə təhsillərini davam etdirir.

Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu il 130-dək azərbaycanlı gəncin ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərilməsi nəzərdə tutulur.

Nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsillərinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini də vurğuladı.

M.Mərdanov daha sonra bildirdi ki, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdən yeni kurrikulumlarla tədrisə başlanmış və beləliklə, ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur. Bu dərs ili həm də təhsil tariximizdə ilk dəfə olaraq, yeni fənn kurrikulumları əsasında hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət dərslik komplektinin tətbiqi ilə əlamətdar olmuşdur.

Bolonya bəyannaməsinin müddəalarına uyğun olaraq, ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması da ciddi diqqət mərkəzindədir. İlk növbədə, bakalavr hazırlığının yeni nəsil dövlət standartları və attestasiya qaydaları hazırlanıb təsdiq olunmuşdur. 2006-cı ilin sentyabrından 21 ali məktəbdə 30 ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmış, 15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilmişdir. Eyni zamanda Avropa Komissiyası, Avropa Şurası və YUNESKO tərəfindən təsdiq olunmuş diploma əlavənin vahid modeli əsasında ölkə üzrə müvafiq sənəd hazırlanmışdır.

Nazir dedi ki, bütün bunlarla yanaşı, ali təhsilin inkişafı ilə bağlı öz həllini gözləyən məsələlər də vardır. Ona görə də dövlət başçısının müvafiq sərəncamına əsasən, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb hökumətə təqdim edilmişdir.

Ali məktəb müəllimləri elmi araşdırmalarla da fəal məşğul olurlar. Xarici elmi jurnallarda alimlərimizin 800-dən artıq məqaləsi dərc olunmuş, ali məktəblərin 300 əməkdaşı xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirak etmişdir.

Sonra Mandat Komissiyasının sədri Faiq Şahbazovun hesabatı dinlənilərək təsdiq olundu. Hesabatda bildirildi ki, 870 nümayəndənin seçildiyi XIII qurultayda 850 nümayəndə, habelə müxtəlif qurumları təmsil edən 120 nəfər iştirak edir.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov əlamətdar hadisə münasibətilə təhsil işçilərini təbrik etdilər, onlara yeni tədris ilində nailiyyətlər arzuladılar.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın, milli təhsil naziri Hüseyn Çelikin və digər qurumların rəhbərlərinin qurultay iştirakçılarına təbriklərini oxudu.

Sonra hesabat məruzə ətrafında çıxışlar başlandı.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Milli Məclisin

Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov və başqaları Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmasının əhəmiyyətini vurğuladılar, təhsilimizin inkişafı ilə bağlı fikir və mülahizələrini bildirdilər, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzuladılar.

Fasilədən sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri Vətənə, müəllimlərə, məktəb illərinə həsr olunmuş mahnılar ifa etdilər, kiçikyaşlı şagirdlər şeirlər oxudular.

Daha sonra ali təhsil ocaqlarının nümayəndələri, Bakı, Gəncə və Sumqayıt, Şəmkir, Zaqatala, Lənkəran və digər şəhər rayon orta məktəblərinin direktor və müəllimləri, lisey, texniki peşə məktəbi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri çıxış edərək Azərbaycanda təhsil sisteminin uğurlarından, qarşıda duran vəzifələrdən danışdılar. Təhsil sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirildiyi, ölkədə bu sahəyə göstərilən diqqət və qayğı qeyd edildi, qurultayın təhsil işçiləri qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində əhəmiyyəti vurğulandı.

Misir Mərdanov xarici ölkələrin müvafiq nazirliklərindən, müxtəlif beynəlxalq təşkilatlardan qurultayın ünvanına gəlməkdə davam edən təbrik məktublarını iştirakçıların diqqətinə çatdırdı.

Sonra qurultayın qətnaməsinin layihəsi oxundu.

Qurultay adından müraciət qəbul olundu.

Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov qurultayda iştirak edirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib