Azərbaycan nümayəndə heyəti Ankarada keçirilən turizm sammitində iştirak edir
Ankara, 23 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ankaradakı “Şeraton” otelində keçirilən mədəniyyət turizmi sammitində iştirak edir.
Sammitin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Ankaranın bələdiyyə sədri Məlih Gökçək çıxış edərək son illər Türkiyədə turizmin inkişafı, 1988-ci ildən etibarən Avropa İttifaqının təşəbbüsü ilə genişlənən mədəniyyət turizmi sektorunda görülən işlərdən bəhs etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ölkəmizdə turizmin inkişafı və potensialı ilə bağlı məruzə etmişdir. Məruzədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi və müvafiq tədbirlər planının təsdiqlənməsi, bu sektorda həyata keçirilən layihələr geniş şəkildə əks olunmuşdur.
Sammit iştirakçıları Azərbaycanın turizm potensialını əks etdirən stendlə də tanış olmuşlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]