AZƏRBAYCAN OMBUDSMANININ ADI “DÜNYANIN 1000 QADINI” KİTABINA DAXİL EDİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kitaba Azərbaycan ombudsmanı Elmira Süleymanovanın adı da daxil edilmişdir.
E.Süleymanova beynəlxalq əlaqələndiricilər qrupu tərəfindən bu ilin iyununda Daşkənddə keçirilən təqdimat mərasiminə və mətbuat konfransına dəvət olunmuşdu. Adları layihəyə daxil edilmiş namizədlərin seçilməsi prosesində onların təqdim etdikləri təklif və tövsiyələr nəzərə alınmış, müstəqil komissiyalar namizədləri dəstəkləmişlər.