Azərbaycan Ordusunda idman yarışları keçirilir
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Ordusunda idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti iştirak edir. Müxtəlif mərhələlərdə keçirilən yarışlarda şəxsi heyət qüvvə və bacarıqlarını sınayacaq.
Yarışların nəticələrinə əsasən müəyyən ediləcək qaliblər komandanlıq tərəfindən mükafatlandırılacaq.