Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan-Özbəkistan münasibətlərinin növbəti mərhələsi “qardaşlıq və siyasi etimad” mərhələsindən “ortaq regional iqtisadi güc” mərhələsinə keçidlə xarakterizə olunmalıdır. Bunun üçün iki ölkənin mövcud üstünlükləri bir-birini tamamlayan mühüm imkanlar yaradır. Azərbaycan Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanına malik olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük bazarlarından birinə, geniş istehsal potensialına və regionun mərkəzində yerləşən mühüm coğrafi mövqeyə sahibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib.

O qeyd edib ki, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin, eləcə də Bakı ilə Mərkəzi Asiya arasında əlaqələrin struktur baxımından yeni mərhələyə keçdiyini göstərir. Bu proses iki ölkənin əməkdaşlığı üçün yalnız siyasi və diplomatik deyil, həm də daha geniş iqtisadi imkanlar yaradır: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni formatda inkişafı Özbəkistanla münasibətlərə əlavə strateji məzmun verir. Bakı ilə Daşkənd arasında mövcud yüksək siyasi etimad artıq konkret iqtisadi layihələr və regional təşəbbüslərlə tamamlanmalıdır. Bu baxımdan ən böyük imkanlardan biri Orta Dəhlizin sadəcə tranzit marşrutu deyil, “istehsal dəhlizi”nə çevrilməsidir. Hazırda Orta Dəhliz daha çox Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu kimi təqdim olunur. Lakin növbəti mərhələdə Azərbaycan və Özbəkistan bu nəqliyyat xəttini ortaq istehsal və logistika ekosisteminə çevirə bilərlər. Yəni məqsəd yalnız Özbəkistanda istehsal olunan məhsulların Azərbaycan üzərindən Avropaya daşınması olmamalıdır. Əsas hədəf istehsalın, logistikanın, emalın, investisiyanın və xidmətlərin vahid regional iqtisadi zəncirə birləşdirilməsidir.

C.Vəliyev bildirib ki, bunun üçün Azərbaycan–Özbəkistan birgə investisiya fondunun daha aktiv və praktiki mexanizmə çevrilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, investisiya mexanizmlərinin gücləndirilməsi iki ölkənin biznes dairələrinin qarşılıqlı fəaliyyətini genişləndirə və daha böyük ortaq layihələrin maliyyələşdirilməsinə imkan yarada bilər. Azərbaycanın və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayır. Özbəkistanın böyük daxili bazarı, istehsal imkanları və Mərkəzi Asiya bazarlarına çıxışı, Azərbaycanın isə nəqliyyat, logistika və Avropa bazarlarına çıxış imkanları birləşdirilərək üçüncü bazarlara yönəlmiş ortaq istehsal layihələri həyata keçirilə bilər. Belə əməkdaşlıq xüsusilə sənaye kooperasiyası, emal sənayesi, kənd təsərrüfatı, tekstil, maşınqayırma və digər sahələrdə yeni imkanlar yarada bilər. Bu zaman Orta Dəhlizin rolu yalnız məhsulların daşınması ilə məhdudlaşmayacaq, marşrut boyunca əlavə dəyərin formalaşmasına şərait yaradacaq. Özbəkistanın Günəş və külək enerjisi sahəsində böyük potensialı, Azərbaycanın isə Xəzər dənizində formalaşan dənizüstü bərpaolunan enerji imkanları və Avropa ilə enerji bağlantıları bir-birini tamamlayan resurslardır. Bu imkanların əlaqələndirilməsi gələcəkdə yalnız iki ölkənin deyil, daha geniş regionun enerji əməkdaşlığı üçün yeni model yarada bilər. Azərbaycanın bərpaolunan enerji potensialının inkişafı və Avropaya enerji ixracı istiqamətində həyata keçirdiyi layihələr, Özbəkistanın isə Günəş və külək enerjisi sahəsində geniş imkanları Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji bağlantılarının formalaşdırılması baxımından əhəmiyyətlidir.

“Azərbaycan-Özbəkistan əməkdaşlığının yeni mərhələsində əsas məsələ mövcud siyasi etimadı uzunmüddətli iqtisadi nəticələrə çevirməkdir. Biz artıq qardaşlıq və siyasi etimadın yüksək səviyyəsini görürük. Növbəti mərhələdə bu etimad ortaq investisiyalara, birgə istehsala, enerji layihələrinə, logistika mərkəzlərinə və üçüncü ölkələrin bazarlarına çıxan məhsullara çevrilməlidir. Belə bir modelin formalaşması Azərbaycanın və Özbəkistanın regional iqtisadi çəkisini artırmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx iqtisadi inteqrasiyaya da təkan verə bilər. Azərbaycanın və Özbəkistanın üstünlüklərini birləşdirməsi nəticəsində Orta Dəhliz yalnız yükdaşıma marşrutu deyil, istehsal, investisiya, enerji və logistikanın bir-birini tamamladığı vahid iqtisadi platformaya çevrilə bilər. Bu isə iki ölkənin münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional iqtisadi gücün formalaşmasına xidmət edər”, - deyə C.Vəliyev fikirlərini yekunlaşdırıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb