AZƏRBAYCAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Azər Əmiraslanov, Siyavuş Novruzov, Azay Quliyev, Elman Məmmədov, Aydın Həsənov, Nazim Məmmədov və Əhəd Əhmədov daxildirlər.
Cənubi Qafqaz və Baltikyanı ölkələrin parlamentarları üçün nəzərdə tutulmuş bu konfransda milli təhlükəsizlik siyasətində parlamentin iştirakı, silahlı qüvvələr üzərində nəzarət, demokratik islahatlar və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.
Səfər müddətində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Gürcüstan parlamentinin sədri Nino Burcanadze, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulmuşdur.
Parlament nümayəndə heyətinin səfəri fevralın 10-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]