Azərbaycan Premyer Liqası: "Səbail" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında "Səbail" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da reallaşan qarşılaşma qollu sülhə yekunlaşıb - 2:2.
Hesabı 13-cü dəqiqədə meydan sahiblərinin heyətində Aleksandr Ramalinqom açıb. 31-ci və 35-ci dəqiqələrdə Orxan Əliyev dubl etməklə komandasını önə keçirsə də, 61-ci dəqiqədə Aleksandr Ramalinqom növbəti qola imza ataraq, matçın yekun nəticəsini müəyyənləşdirib.
Turun açılış oyununda "Sabah" doğma meydanda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra aktivlərində 31 xal olan "Araz-Naxçıvan" və "Səbail” beşinci və altıncı yerləri bölüşürlər. Turnir cədvəlinə 51 xalla "Qarabağ" başçılıq edir.
Qeyd edək ki, XXIII turun “Sumqayıt” - “Turan Tovuz” və “Neftçi” - “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” - “Qarabağ” oyunu isə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]