Azərbaycan Premyer Liqasında cari mövsümün bombardiri adına 4 futbolçu yiyələnib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Premyer Liqasında 2019-2020-ci il mövsümünün bombardiri adına 4 futbolçu yiyələnib.
AZƏRTAC xəbər verir ki, hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüləcək. Cari mövsümün əsasnaməsinə görə yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün futbolçular bombardir hesab olunur.
Qeyd edək ki, I Divizionun bombardiri Musa Qurbanlı (“Qarabağ-2”) 15 dəfə rəqib qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]